Azərbaycanda sağlam insan naminə səfərbərlik elan edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, ölkəmizdə narkomaniya ilə bağlı vəziyyət adekvat addımlar atmağa sövq edir: “Bu sahədə təsirli addımlar atılmalıdır. Bütün narkoaludəçiləri reabilitasiya mərkəzlərinə yerləşdirmək olmur. Bunun qarşısı indidən alınmasa bir neçə ildən sonra ağır fəsadları yaranacaq”.