Ermənilərin özlərinin etiraf etdiyi cinayətləri Avropa Məhkəməsində qaldırmaq lazımdır.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, qaniçən Zori Balayan Azərbaycanlılara qarşı qəddarlığını özünün kitabında da qeyd edib: “Bu kimi faktlardan istifadə edib vətəndaşlarımızın başına gətirilmiş müsibətlərə görə erməni canilərinin məsuliyyət məsələsi qaldırılmalıdır”.
Siyavuş Novruzova görə, Azərbaycana qarşı ədalətsiz hücumların qarşısı alınmalıdır.