30 Dekabr 2023 12:15
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanun elə qəbul olunsun ki, sonradan ona hansısa yamaq vurulmasın.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputatın sözlərinə görə, bunu daha çox nazirliklər və komitələr edir: "Ona görə də, qanun layihəsi ilə bağlı hərtərəfli araşdırılma aparılması daha yaxşı olar. Biz burada yerli müəsissələrin taleyini düşünməliyik.

Qaz-işıq məsələsi bu gün insanlar üçün olduqca həssas bir məsələdir. Bu gün qaza 100 manat pul vurursan, sistem onun 50 manatını mənimsəyir. Axı sən necə mənim vəsaitimin yarısını mənimsəyə bilərsən? Ona görə də, limitlə bağlı məsələlərə də aydınlıq gətirilməlidir".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər