30 Dekabr 2023 12:59
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə cinayət məsuliyyəti müəyyənləşir.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında lII oxunuşda müzakirəyə çıxarılır.

Dəyişikliklə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə və ya yayma, yaxud nümayiş etdirmək və ya yaymaq məqsədilə hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirməyə görə 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəllənin 281-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə isə 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Məcəlləyə dəyişiklik layihəsi səsverməyə qoyularaq lII oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər