3 Yanvar 15:26
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları yanvarın 2-də vətəndaşlardan qanunsuz saxlanılan 2 avtomat, 2 ov tüfəngi müsadirə ediblər.

Teleqraf.com DİN-ə istinadən xəbər verir ki, silahlar keçirilən əməliyyat tədbirləri nəticəsində götürülüb.

Polis əməkdaşları bundan başqa 2 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edib.

Həmçinin, ötən gün polis əməkdaşlarına respublikanın ayrı-ayrı rayonlarından 3 ədəd müxtəlif markalı tüfəng təhvil verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər