6 Yanvar 17:39
431
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-də Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün indiyə qədər 19 ölkədən 72 beynəlxalq müşahidəçi müraciət edib və hamısı da müsbət qarşılanıb.

Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, ATƏT-in Demokratik Təsisat və İnsan Haqları Bürosu (DTİHB) prezident seçkilərinə 37, MDB Parlament Assambleyası 17, Türkiyə 5, MDB 9 müşahidəçi göndərəcək. M.Pənahov söyləyib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası sədrinin rəhbərliyi ilə müşahidə missiyası da seçkini izləyəcək.

Bundan başqa, MSK-da 228 yerli müşahidəçi akkreditasiyadan keçib. Bunun 92-si öz təşəbbüsü ilə olanlar, 10-u QHT nümayəndələri, 126-sı isə xüsusi icazəli YAP müşahidəçiləridir.

Qeyd edək ki, fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər