"Ayügn Bəylərin vəfatı mədəniyyət üçün böyük itkidir".
Teleqraf.com xəbər verir ki bunu Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova jurnalistlərə açıqlamasında deyib:
"Uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bilirdik və Heydər Əliyev Fondu, Mehriban Əliyeva onun müalicəsini daim diqqətdə saxlayırdı. Çox təəssüf ki, bütün bu çabalar kədərli sonluqla yekunlaşdı. Allah rəhmət eləsin. İnanırıq ki, onun səsi əbədi yaşayacaq. Hər bir tut ağacı bizə onu xatırladacaq".