8 Yanvar 19:26
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları Mingəçevir su anbarında keçirdikləri növbəti yoxlamalar zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Məmmədovu müəyyənləşdirərək saxlayıb.

Onun ovladığı balıqlar və istifadə etdiyi digər avadanlıqlar maddi sübut kimi götürülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər