Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi dəyişib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən,Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi 11 nəfərdən 9 nəfərə endirilir. Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsi də kollegiyanın tərkibindən çıxarılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 27 oktyabr 2023-cü il tarixində imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliklə Səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib