9 Yanvar 00:48
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tehranda hicab qaydalarına əməl etmədiyi üçün gənc qadına verilən cəza etirazlara səbəb olub.

Teleqraf.com xəbər verir ki, İran parlamenti ictimai yerlərdə hicab taxmaqdan imtina edən qadınlara və onları dəstəkləyənlərə daha sərt cəzalar verilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib. 70 maddədən ibarət qanun layihəsində hicab taxmayan qadınlara xidmət edən müəssisələrin sahibkarlarına və buna qarşı təşkilatlanan fəallara qarşı cəzalar artırılıb. “Cinayət mütəşəkkil şəkildə törədildiyi” halda “qanunu pozanlar” isə 10 ilədək həbs cəzası ala bilərlər.

Ötən aylarda Tehranda bu qaydaları pozan Röya Heşməti adlı qadın fəal 74 şallaq cəzasına məhkum edilib. Mövzu ilə bağlı açıqlama verən Röyanın vəkili bildirib ki, gənc qadın “əxlaqa zərər vermək”, “nalayiq məzmunlu paylaşım etmək” və “insanları korrupsiyaya təşviq etmək”də təqsirli bilinib.

74 şallaq cəzasından əlavə Röya 12 aylıq həbs cəzasına məhkum edilsə də, sonradan bu qərar pul cəriməsi ilə əvəz edilib və gənc qadın təxminən 568 min manatdan çox təzminat ödəyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər