Rusiyalı şoumen, yazıçı, aktyor, “Pole çudes” verilişinin aparıcısı Leonid Yakuboviç Azərbaycana səfərindən danışıb və öz proqramı ilə Bakıya qayıtmağı planlaşdırdığını deyib.
Teleqraf.com xəbər verir ki, Yakuboviç “Moskva-Bakı” portalına müsahibəsində Rusiyanın “Birinci Kanal”ında Azərbaycanla bağlı bir neçə milli buraxılışlar etməyi düşündüyünü bildirib.
“İstəyirəm ki, insanlar necə yaşadıqlarını, dincəldiklərini, nə geyindiklərini bizə desinlər, milli yeməkləri birlikdə dadaq. Mən bunu etmək istəyirəm, lakin müxtəlif səbəblərdən hələ də alınmayıb”, - şoumen qeyd edib.