10 Yanvar 19:18
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti toplantısı baş tutmayıb. Toplantı yanvarın 11-də Gəncədə keçirilməli idi.

Teleqraf.com xəbər verir ki, federasiyanın rəsmi saytı iclasın təxirə salındığını açıqlayıb. Səbəblər barədə məlumat verilməyib.

Publika.az-ın məlumatına görə, toplantı AFFA prezidenti Rövnəq Abdullayevə görə baş tutmayıb. Belə ki, Abdullayevin səhhəti qəfildən pisləşib və o, xəstəxanaya yerləşdirilib.

Onun indi özəl klinikalardan birində həkim nəzarətində olduğu bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər