Naxçıvan polisi yetkinlik yaşına çatmayanlara alkoqollu içkilər və tütün məmulatları satanlara qarşı reyd keçirib, üç sahibkar cərimələnib.
Bu barədə Teleqraf.com-a Naxçıvan DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, reyd zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə obyekt aşkar edilib.
Faktlarla bağlı həmin obyektlərin sahibləri Məmiyev Nihad, Qasımov Ülvi və Bağırov Mənsum barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub və onlara xəbərdarlıq edilib.