Seçki prosesi ilə bağlı bütün məntəqələrdə veb-kameralar quraşdırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, MSK veb-kameraların quraşdırılmasına bütün ölkə coğrafiyasının cəlb edilməsinə çalışır:
“Hər seçkidən əvvəl məlumatlılıq məqsədilə seçki qərargahı yaradılır. Növbədənkənar prezident seçkiləri ilə əlaqədar yaradılan müstəqil media mərkəzi sabahdan fəaliyyətə başlayacaq. Biz buraya peşəkar media nümayəndələrini cəlb etmişik”.