16 Yanvar 16:16
472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əməkdaşlarının 2023-cü ildə “Web of Science”-da 191, “Scopus”da 383 elmi əsəri nəşr olunub.

Teleqraf.com xəbər verir ki, indiyə qədər isə ADNSU alimlərinin “Scopus”a daxil olan dərgilərdə 1896 elmi məqaləsi yer alıb.

ADNSU alimlərinə və onların elmi məqalələrinə istinadların elmimetrik bazalarda son 1 ildə yüksəlişini H-index gösətricilərinə görə də nəzərdən keçirsək görərik ki, “Scopus”-da bu göstərici 37-dən 41-ə, “Web of Science”da 34-dən 37-ə yüksəlib.

ADNSU əməkdaşlarının nəşr olunan məqalələri “Scopus” bazasında illər üzrə artan istiqamətdə dəyişib. Belə ki, 2020-ci ildə 193, 2021-ci ildə 232, 2022-ci ildə 273, 2023-cü ildə 383 məqalə nəşr olunub. 2024-cü ilin ilk ayında isə 13 məqalə təşkil edir.

Göründüyü kimi, son 3 ildə beynəlxalq bazalarda ADNSU üzrə dərc olunan məqalələrin sayı 100% artaraq 2020-ci ildə 193 istinad olduğu təqdirdə, 2023-cü ildə bu göstərici 383-ə yüksəlib. Eyni zamanda ADNSU alimlərinin elmi məqalələrinə istinad 2020-ci ildə 1033 olubsa, 2023-cü ildə bu göstərici 1931 istinad təşkil edib. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, hər bir elmi məqaləyə istinadların orta sayı isə 3.87-dən 4.53-ə qədər yüksəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər