20 Yanvar 11:26
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların ruhu hazırda şaddır, çünki ərazi bütövlüyümüz bərpa olundu və sərhədlərimiz Azərbaycan əsgəri tərəfindən qorunur".

Teleqraf.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

"Prezident seçkiləri ilə əlaqədar Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının birgə fəaliyyət planı tərtib olunub. Fəaliyyət planına əsasən, ölkədə silsilə tədbirlər keçirilir. İlk tədbirlər Bakı, Gəncə, Şəki, Quba və Naxçıvanda olub", - o bildirib.

Səbinə Əliyeva vurğulayıb ki, tədbirlər çərçivəsində vətəndaşların seçki hüququnun təmini haqqında təlimlər, treninqlər keçirilir: "Yaxın günlərdə də fəaliyyət davam edəcək".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər