20 Yanvar 19:03
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabahdan Sumqayıt-Bakı ekspress avtobuslar fəaliyyətə başlayır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən xəbərə görə, artıq neoplanlar Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gətirilib.

Gediş haqqi 80 qəpik təşkil edəcək.

Qeyd edək ki, Baku Bus” MMC-nin "Instagram" səhifəsində yanvarın 21-dən Bakı - Sumqayıt istiqamətində yeni marşrut xəttinin fəaliyyətə başlaması barədə məlumat yayılmışdı.
Məlumatda qeyd olunub ki, ekspres marşrut xətti Bakı Avtovağzalından Sumqayıt Avtovağzalına və əks istiqamətə olacaq.

Marşrut xəttinin dayanacaqları: Bakı Beynəlxalq Avtovağzal Kompleksi, “Avtovağzal” m/st, Ceyranbatan qəsəbəsi, Sumqayıt dairəsi, Bağçalı evlər yaşayış kompleksi, Sumqayıt avtovağzalı olacaq. Gün ərzində interval 11 dəqiqə, pik saatlarda isə 7-8 dəqiqə olacaq. Səhər Sumqayıtdan ilk çıxış 5:50, Bakıdan 6:30, axşam Bakıdan son çıxış 23:00, Sumqayıtdan son çıxış 22:20-də olacaq. Gediş haqqi 80 qəpik təşkil edəcək.

Hər biri 48 oturacaqdan ibarət olan avtobuslarda sərnişinlərin yüklərini yerləşdirə bilmələri üçün baqaj bölməsi də mövcuddur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər