Neftçala rayonunda 20 Yanvar faciəsinin 34-cü ildönümü qeyd olunub.
Teleqraf.com-un məlumatına görə, xalqımızın azadlığı uğrunda həlak olan 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini yad etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, din xadimləri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, ictimaiyyət nümayəndələrininin iştirakı ilə ilk öncə 20 Yanvar şəhidləri üçün ucaldılan abidə ziyarət olunub, önünə tər qərənfillər düzülüb, 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib və ruhlarına dualar oxunub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi, Yanvar hadisələri zaman şəhid olan hərbi qulluqçuların və mülki vətəndaşların məzarlarını ziyarət olunub, gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.
Şəhid ailələri ilə görüşən RİH-in başçısı onların qayğıları, problemləri ilə maraqlanıb və müvafiq tapşırıqlarını verib. Şəhid ailələri 44 günlük Vətən müharibəsində qazanılan Şanlı qələbəmiz, 19-20 sentyabr 2023-cü il tarixində aparılan lokal antitererror tədbirləri ilə Ölkəmizin suverenliyinin tam bərpa olunması, şəhidlərimizin qanının yerdə qalmaması, şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək şəhid ailələri adından Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini bildiriblər.