20 Yanvar 22:10
1 098
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Moskvadakı səfirliyində 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu səfirliyin əməkdaşları ilə birgə diplomatik nümayəndəliyin girişində 1990-cı il 20 Yanvar faciəsinin qurbanlarına həsr olunan bannerin qarşısına gül qoyublar.

Sonra səfir Polad Bülbüloğlu Ümummilli Lider Heydər Əliyevin barelyefi qarşısına al qızılgüllərdən ibarət gül dəstəsi qoyub. Ulu Öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələrək burada mətbuat konfransı keçirib, törədilən cinayətləri kəskin şəkildə pisləyib, onları dinc əhaliyə qarşı terror adlandıraraq, siyasi-hüquqi qiymət verilməsini və səbəbkarların cəzalandırılmasını tələb edib, bununla da Azərbaycan xalqı ilə öz həmrəyliyini nümayiş etdirib.

P.Bülbüloğlu rəsmi çıxışında həmin qanlı günlərin hadisələrini ətraflı təsvir edib, eləcə də öz xatirələrini bölüşüb. O xüsusi vurğulayıb ki, 20 Yanvar faciəsinə Heydər Əliyevin təşəbbüsü və israrı sayəsində dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər