22 Yanvar 14:56
1 038
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq səhiyyə naziri Oqtay Şirəliyevin xərçəng xəstəliyindən əziyyət çəkdiyi məlum olub.

Teleqraf.com “Bakupost”a istinadən xəbər verir ki, o, bununla bağlı dəfələrlə Almaniya və Türkiyədə müalicə alsa da, beynində olan şiş metastaz verib.

Xəstəliyin sürətlə inkişaf etməsi keçmiş nazirin həkimlərin tövsiyələrinə əməl etməməsi, bu problemə ciddi yanaşmaması ilə əlaqələndirilir.

Hazırda Türkiyədə müalicə alan 73 yaşlı eks-nazirin vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Oqtay Şirəliyev Prezident İlham Əliyevin Sərəncamı ilə 23 aprel 2021-ci ildə səhiyyə naziri vəzifəsindən azad edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər