Xəbər verdiyimiz kimi, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakini, 2007-ci il təvəllüdlü Raul Rəhimov kəsici-deşici alətlə bıçaqlanaraq öldürülüb. Gəncə Şəhər Baş Polis İdarəsinin və Şəhər Prokurorluğunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən, 2007-ci il təvəllüdlü F. Şabanov saxlanılaraq istintaqa təqdim edilib.
Övladı Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbdə 10-cu sinifdə təhsil alan valideyn Tural Xanəliyev Teleqraf.com-a açıqlamasında qətli törətməkdə təqsirli bilinən məktəblinin onun oğlu ilə də bir müddət əvvəl mübahisə etdiyini deyib.
"Dedilər, məktəbin qarşısında hadisə baş verib, gəldim görüm nə olub. Öyrəndim ki, hadisəni törədən 2007-ci il təvəllüdlü uşaq mənim oğlumla da mübahisə edən məktəbli imiş.
Bir müddət əvvəl oğlumda dalaşmışdılar. Maraqlandım, dedilər atası burada yoxdur, Moskvadadır.
Atası Gəncəyə qayıdanda görüşdüm, dedim, övladına tərbiyə ver, eşidirəm ki, həmin uşaq başqasını bıçaqlayıb", - bildirib.