23 Yanvar 23:42
994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cari tədris ilinin payız semestrində təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan Teleqraf.com-a bildirilib ki, payız sessiyası ərzində 10 min 708 tələbə kredit almaq üçün müraciət edib.

Onlardan 115 nəfərin müraciəti natamam olub, 112 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 1908 nəfərin müraciətinə imtina cavabı verilib, 41 nəfərin müraciəti isə banka yönləndirilib.

Payız sessiyası üzrə 8 min 532 nəfərə TTK verilib. Onların arasından 2 min 889 nəfərin müraciəti sosial TTK, 5 min 643 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər