1960-cı il təvəllüdlü tanınmış Azərbaycan yazıçısı, şair, publisist, aparıcı Həmid Herisci təcili tibbi yardım avtomobili vasitəsilə 26.01.2024-cü il tarixində saat 18:15 radələrində qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Mərkəzdən ona zəruri tibbi xidmətlər göstərildiyi, hazırda müalicəsinin davam etdiyi bildirilib.
Məlumata görə, pasientin vəziyyəti ağır qiymətləndirilir.