27 Yanvar 12:41
639
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin yanvarın 26-da Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov çıxışında 2023-cü ildə məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Cari il ərzində qarşıda duran hədəflər diqqətə çatdırılıb.

İclasda məhkəmə fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə bağlı məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclasda hakimlərin fəaliyyətinin qiymətləndirilməsi məsələlərinə və intizam icraatı üzrə işlərə baxılaraq, müvafiq qərarlar qəbul olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər