Azərbaycan Rusiya Federasiyasına 612 min ədəd ərzaq yumurtasının növbəti partiyasını tədarük edib.
Teleqraf.com xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) məlumatında deyilir.
“Yanvarın 27-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan 36 ton (612 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası Rusiyaya sonrakı satış üçün idxal edilib”, – məlumatda qeyd olunub.
Yüklər müvəqqəti saxlama anbarına daxil olduqdan sonra qida məhsullarının keyfiyyətini və təhlükəsizliyini təmin etmək üçün nümunə götürülüb.
“Yanvarın 27-nə Azərbaycandan Rusiyaya 5,2 milyon ədəd yeməli yumurta idxal edilib”, – qurum açıqlayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Dekabrın 19-da Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.