Ötən il 903 dövlət əmlakı özəlləşdirilib, büdcəyə 116 milyon manat vəsait daxil olub.
Teleqraf.com xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Məsələləri Xidmətinin rəisi Mətin Eynullayev deyib.
O, 2023-cü ildə torpaq sahələrinin icarəyə verilməsindən büdcə daxilolmaları 19% artaraq 25,2 milyon manata, qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən büdcə daxilolmaları 62 faiz artaraq 6,1 milyon manata çatdığını bildirib.
Mətin Eynullayev həmçinin əlavə edib ki, il ərzində özəlləşdirilmiş nəqliyyat vasitələrinin sayı 538, səhmləri satılan səhmdar cəmiyyətlərin sayı isə 9 olub.