Macarıstanın tanınmış alimi, dr. Borbala Obrusanszkynın və Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərovun birgə müəllifi olduğu “Qafqazın parlayan ulduzu-Azərbaycan” adlı kitab işıq üzü görüb.
Teleqraf.com-un məlumatına görə, kitabda macar dilində ölkəmizin mədəniyyəti, turizmi, tarixi, iqtisadiyyatı və Azərbaycanın dünyada oynadığı rol və s. mövzular haqqında ətraflı məlumat verilib.
Kitabın elmi məsləhətçisi “Macarıstan-Azərbaycan Qardaşlıq Cəmiyyəti”nin sədri Ramiz Əmirlidir. Kitabın redaktorları Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, professor Vilayət Quliyev, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Elnur Eltürkdir.
Eyni zamanda kitabın redaksiya heyətinə macar alimləri, Azərbaycan Diaspor Jurnalistlər Birliyinin idarə heyətinin üzvü, jurnalist Əli Zülfüqaroğlu və s. daxildir. Kitab 360 səhifəlikdir.
BƏXTİYAR