30 Yanvar 19:53
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri Aleksandr Kurenkovla görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə Azərbaycan-Rusiya strateji tərəfdaşlığının yüksək səviyyədə olduğu vurğulanıb.

İki ölkə arasında bütün sahələrdə, o cümlədən, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın fəal inkişafına diqqət çəkilib.

Tərəflər Azərbaycan FHN və Rusiya FHN arasında 2024-2026-cı illər üçün Birgə Fəaliyyət Planının imzalanmasının vacibliyini qeyd ediblər.

Görüş zamanı fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər