31 Yanvar 15:51
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qərbi Azərbaycan İcması senator Ben Kardinin Azərbaycanofob fəaliyyətini kəskin şəkildə pisləyib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı İcma bəyanat yayıb.

Bəyanatda bildirilib ki,“beynəlxalq ictimaiyyət” təkcə ABŞ senatından ibarət deyil.

"Qondarma “amerikan müstəsnalığı”nın əsiri olan Ben Kardinə görəsən kim “beynəlxalq ictimaiyyət” adından danışmaq səlahiyyəti verib?!

Beynəlxalq ictimaiyyət dünyada BMT-dən sonra ən böyük təsisat olan Qoşulmama Hərəkatına 4 il rəhbərlik edən Azərbaycana 120 ölkənin etimadıdır. Beynəlxalq ictimaiyyət dünyada ən böyük tədbir hesab olunan COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərar verən dünya ölkələridir".

Bəyanatda o da diqqətə çatdırılıb ki, səlibçi düşüncəli Ben Kardin insan hüquqları ilə bağlı çox narahatdırsa, onda qoy elə ABŞ-nin özündə yerli amerikanların hüquqlarının təmin olunması ilə məşğul olsun, polis vəhşiliyinə, silahlı zorakılığa qarşı səsini qaldırsın.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər