1 Fevral 11:49
618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hazırda ədalətsiz münasibətlə üz-üzə qalıb. Korrupsiyalaşan Avropa Parlamenti, AŞPA üstümüzə gəlir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

O qeyd edib ki, AŞPA islamafobiya ilə üstümüzə hücum edir: “Əslində, Azərbaycanın bu quruma üzv olmasında başlıca məqsəd xalqımızın pozulmuş hüquqlarının bərpasına nail olmaq idi. Amma heç bir halda bu qurum Azərbaycanın xeyrinə müsbət qərar qəbul etməyib".

Deputat bildirib ki, AŞPA bütün hallarda Ermənistanın yanında olub: “Ona görə də belə bir blokda yer almaq bizim üçün o qədər də faydalı deyil”.

Millət vəkili Aqil Abbas isə deyib ki, bizi sanksiya ilə hədələyirlər: "Sanksiyadan qorxmaq lazım deyil. Onsuz da 30 ildir bizə qarşı sanksiya tətbiq ediblər. 40 ildir İrana da sanksiya tətbiq ediblər, onlar isə daha çox silah istehsal etdilər. Yəni əhəmiyyəti olmadı. Bəs biz sanksiya tətbiq etsək, o zaman Fransanın, yaxud Almaniyanın gələcəkdə enerji problemi necə olacaq? İt hürər, karvan keçər. Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. Gəlsin, görsün ki, ermənilər burada necə yaşayırlar. Şuşadakı kilsənin necə təmir olunduğunu görsün”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər