Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat və logistika kafedrasının müdiri Tağı Əhmədov işdən ayrılıb.
Teleqraf.com xəbər verir ki,bu barədə universitetin mətbuat katibi Nicat Abdullayev bildirib.
O qeyd edib ki, T.Əhmədovun işdən ayrılma səbəbi səhhətində olan problemlər idi.
"Tağı Əhmədov uzun illər universitetdə çalışıb. Təəssüf ki, səhhətində olan problemlər fəaliyyətinə davam etməyə imkan vermədi. Ötən ilin dekabr ayında seçki yolu ilə texnika elmləri doktoru, professor Qasım Abdullayev həmin vəzifəyə seçilib. Hazırda o, fəaliyyətini davam etdirir", - deyə o bildirib.