Həmid Herisçi xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, Həmid Herisçi səhhətinin yaxşı olduğunu bildirib.
Xatırladaq ki, Həmid Herisçi bir neçə gün öncə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib.