4 Fevral 13:17
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı səfirliyində yaradılan seçki məntəqəsində səsverməyə hazırlıq işləri yekunlaşmaq üzrədir.

Teleqraf.com Secki-2024.az-a istinadən xəbər verir ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.

Yaşı 18-ə çatmış və aktiv seçki hüququna malik Azərbaycan vətəndaşları ölkəmizin etibarlı pasport və ya şəxsiyyət vəsiqəsi ilə fevralın 7-də yerli vaxtla səhər saat 8:00-dan axşam 19:00-dək səfirlikdə yaradılmış seçki məntəqəsində səs verə biləcəklər.

Pakistanda yaşayan vətəndaşlarımızın prezident seçkiləri ilə əlaqədar maarifləndirilməsi üçün bütün zəruri işlər görülüb. Belə ki, səsvermədə iştirakla əlaqədar konsulluq qeydiyyatında olan vətəndaşlarımız məlumatlandırılıb.

Azərbaycanın Pakistandakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər