5 Fevral 08:58
302
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tərtər rayonunun Mamırlı kəndi ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən Teleqraf.com-a bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti Tərtər rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində açıq ərazidə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 2,5 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı məktəb binası və ağaclar yanğından mühafizə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər