Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda “Gizir hazırlığı kursu”nun növbəti buraxılış mərasimləri keçirilib.
Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Çıxış edənlər məzunları kursu müvəffəqiyyətlə bitirmələri münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıblar.
Məzunlar da, öz növbəsində, kurs müddətində qazandıqları bilik və bacarıqlarını daha da təkmilləşdirərək xidmət yerlərində tətbiq edəcəklərinə, üzərilərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sertifikatların təqdimatı və kurs birinciləri tərəfindən yaş kötüyünə rəmzi emblem vurulduqdan sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.