7 Fevral 10:14
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Növbədənkənar prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Teleqraf.com xəbər verir ki, seçicilər səs vermək üçün məntəqələrə axışırlar.

Məntəqələrdə seçici fəallığı hiss olunur. Seçici fəallığı hər məntəqədə müşahidə edilir.

15 saylı Yasamal 1-ci seçki dairəsinin 15 saylı məntəqəsində də seçici aktivliyi müşahidə olunur.

Seçki məntəqəsinin sədri Adil Həsənov bildirib ki, seçici siyahısında 1353 nəfər var:

“Səsvermə səhər saatlarında daha aktiv idi. Hazırda 700-dən çox vətəndaş səs verib. Günorta yenə aktivlik olacağı gözlənilir. 27 nəfər qeydiyyatdan çıxma var".


Müəllif: Teleqraf.com, Foto: Elnur Muxtar

Oxşar xəbərlər