"Azərbaycanda seçkilər şəffaf, ədalətli və beynəlxalq standartlara uyğun şəkildə baş tutdu. Seçici aktivliyi də yüksək idi".
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə Mərmərə Vəqfinin rəhbəri Akkan Suver prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə bildirib.
Akkan Suver qeyd edib ki, Qarabağ müharibəsi və əldə edilən qələbədən sonra Azərbaycan demokratiya zəfəri yaşadı:
"Bu seçkilər təkcə Azərbaycan üçün yox, həm də Qafqaz coğrafiyasının gələcəyi üçün böyük uğurdur. Avropada çoxsaylı seçkilərin şahidi olmuş bir şəxs kimi deyə bilərəm ki, Azərbaycandakı seçkilər heç nəyi ilə geridə qalmır, hətta seçkiyə olan münasibət baxımından daha da öndədir. Seçkilərdə bütün demokratik prinsiplərə əməl olunub. Mədəni, şəffaf bir seçimə şahid olduq. İnsanların seçkiyə münasibəti, seçki qutularına sahib çıxması xüsusilə əhəmiyyətli idi. Gəzdiyimiz 42 məntəqədə gördüyümüz mənzərələrdən biri də azərbaycanlı qadınların fəallığı idi. Buna görə onları təbrik edirəm" - Suver bildirib.