8 Fevral 12:52
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə İstanbulda Acıbadəm Xəstəxanasına yerləşdirilən əməkdar incəsənət xadimi Cavanşir Quliyevin səhhətindəki son durum açıqlanıb.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, beyninə qan sızma diaqnozu ilə xəstəxanaya yerləşdirilən Cavanşir Quliyevin səhhəti normallaşıb.

O, ötən gün xəstəxananın reanimasiya şöbəsindən palataya köçürülüb.

Qeyd edək ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Cavanşir Quliyevin müalicəsinə Fond tərəfindən dəstək verilir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər