8 Fevral 13:17
564
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait yaradılıb. Namizədlərin çox olması və müxtəlif partiyaları təmsil etməsi də seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyinin göstəricilərindədir".

Teleqraf.com xəbər verir ki, bunu prezident seçkilərinin monitorinqinin nəticələrini açıqlayan Qırğızıstan parlamentinin nümayəndə heyətinin rəhbəri, MDB müşahidə missiyasının üzvü İskəndər Matraimov deyib.

İ.Matraimov qeyd edib ki, namizədlərə təşviqat kampaniyasında bərabər şərait yaradilib: "Bütün namizədlərin öz proqramını seçiciyə çatdırılması imkanı yaradılıb. Seçki günü səsvermə prosesinin şəffaf şəkildə təşkili yüksək səviyyədə həyata keçirilib. Bütün seçicilərin səsvermə hüququ təmin edilib. Seçki məntəqəsinə gedə bilməyənlər üçün də daşınan seçki qutuları təşkil olunub".

Nümayəndə heyətinin rəhbəri vurğulayıb ki, seçkiöncəsi proses və səsvermənin yüksək səviyyədə təşkili bu seçkilərin demokratik prinsiplərə uyğun keçirildiyini deməyə əsas verir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər