13 May 2014 23:13
1 067
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Parlament prospekti, 8 ünvanında doqquz mərtəbəli binanın birinci qatında yerləşən “Naxçıvan” restoranında güclü yanğın başlayıb.

Teleqraf.com-un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə və yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb olunub.

Binada yaşayanlar ərazidən təxliyə olunub.

Hadisə şahidlərinin bildirdiyinə görə yanğın naməlum səbəbdən baş verib.

Hazırda yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.

Alınan son məlumata görə yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: