13 Fevral 11:38
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dumanlı hava şəraiti fevralın 15-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumatına görə, ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar gözlənilən atmosfer hadisəsidir.

Dumanlı hava şəraitinin fevralın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Qeyd edək ki, dumanlı hava şəraitinin səbəbi nisbətən soyuq hava kütləsinin isti səth üzərinə hərəkəti nəticəsində yaranan inversiya qatıdır. Xəzər dənizi üzərində formalaşan duman qatı cənub-şərq istiqamətli küləklərlə Abşeron yarımadasına daxil olub.

Hazırda Abşeron yarımadasında havanın temperaturu iqlim normasından 10 dərəcə yüksəkdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər