Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 4-cü kurs tələbəsi Gültən Məhərrəmli 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanlarda 93 bal toplayaraq respublika birincisi olub.
Bu barədə Teleqraf.com-a universitetdən məlumat verilib.
Qeyd edək ki, Gültən Məhərrəmli 2020/2021-ci tədris ilində yüksək nəticə ilə - 558 balla ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin İnformasiya texnologiyaları ixtisasına qəbul olub. Ali təhsilin bakalavr pilləsini də yüksək nəticələrlə oxuyub və ortalama 85 balla (zərbəçi) başa vurub.
Gültən Məhərrəmli magistr təhsil pilləsini Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında oxuyacağını düşünür. Onui təbrik edir, yeni təhsil pilləsində uğurlar arzu edirik.