16 Fevral 10:33
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis Əli Əsədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib.

Teleqraf.com xəbər verir ki, onun namizədliyi səsverməyə qoyularaq qəbul edilib.

***

10:13

Milli Məclisin bu gün keçirilən iclasında Əli Əsədovun yenidən Baş nazir təyin edilməsinə razılıq verilməsi məsələsi müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbəri verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu vəzifəyə namizədliyi irəli sürülüb.

Millət vəkili Fazil Mustafa deyib ki, Əli Əsədovun Nazirlər Kabinetinə rəhbərlik etməsi məntiqlidir:

"Pandemiya dönəmində Əli Əsədovun fəaliyyəti qənaətbəxş oldu. Eyni zamanda çox böyük təcrübəyə malikdir. Ona görə də ölkə prezidentinin siyasətinin həyata keçirilməsi istiqamətində onun layiqli fəaliyyət göstərəcəyinə inanıram”.

***

09:56

Bu gün Azərbaycanın yeni Baş naziri təyin ediləcək.

Teleqraf.com xəbər verir ki, Əli Əsədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında" məsələ Milli Məclisin bu gün keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Qeyd edək ki, fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib.

Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər