Bu gün Bakının Binəqədi rayonunun qaz təchizatında fasilə yaranacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Binəqədi rayonu, Binəqədi-Biləcəri şosesində yerləşən 39 mənzilli çoxmərtəbəli yaşayış binasına çəkilmiş qaz xəttinin şəbəkəyə qoşulması məqsədi ilə fevralın 16-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Vulkan yaşayış massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.