23 Fevral 11:29
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda “miatsum"un 36-cı ilininin qeyd edilməsi növbəti dəfə separatizmin alovlanmasına xidmət edir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

O qeyd edib ki, Ermənistanda separatçılığın təbliği tək Azərbaycan üçün deyil, bütün bölgə üçün təhlükə yaradır:

"Ona görə də, bu məsələ ətrafında beynəlxalq birliyin diqqəti daha çox cəlb edilməlidir. Bakı bu gün beynəlxalq tədbirlərin ev sahibidir. Biz bu tədbirlərdə də Ermənistanın növbəti dəfə separatizmə olan dəstəyinin mahiyyətini çatdırmalıyıq”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər