"Ali təhsilin keyfiyyətinin yüksəldilməsinin bir şərti də kampusların yaradılmasıdır. Bunun üçün böyük ərazilər olmalıdır. Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin bu imkanı yoxdur".
Teleqraf.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin Aparat rəhbəri Yaqub Piriyev deyib. O, gələcəkdə bu məsələlərə baxılacağını bildirib. Təhsil infrasutukturu şəhər kənarında yaradılacaq.
Aparat rəhbəri təhsilin inkişaf fondunun yaradılmasına da aydınlıq gətirib:
“Xarici ölkələrdə iş adamlarının vəsaitləri hesabına təhsilin inkişafını stimullaşdıran fondlar yaradılır. Gələcəkdə ölkəmizdə də belə bir fondun yaradılması nəzərdə tutulub”.
Sevil