26 Fevral 11:24
565
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hüquq-mühafizə orqanlarının gördüyü işə mənim böyük inamım var. Onlar ədalətsizliyə yol verə bilməzlər”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Abzas Media” işi üzrə həbsdə olan xanım jurnalistlər haqda sualı cavablandırarkən deyib:

“Azərbaycan hüquqi dövlətdir, hər kəs hüquqlarını bildiyi kimi, öhdəliklərini də bilməlidir. Günahı olmayan şəxslər varsa, bir gün günahsız olduqları sübut olunacaq”.

Qeyd edək ki, “Abzas Media” işi ilə əlaqədar 6 nəfər həbs edilib. Onlardan 3-ü (Nərgiz Absalamova, Elnarə Qasımova, Sevinc Vaqifqızı) qadındır. Jurnalistlər qaçaqmalçılıqda ittiham edilirlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər