26 Yanvar 2015 12:41
1 029
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məktəbəqədər hazırlıq çox vacib məsələdir. Bu hazırıq bir qayda olaraq məktəbqədər təhsil müəssisələrində həyata keçirilir. Lakin bu prosesin məktəblərdə də təşkil edilməsi nəzərdə tutulur".

Teleqraf.com-un xəbərinə görə, bu fikirləri Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov deyib.

A.Əhmədov onu da bildirib ki, bu ildən Bakının 89 məktəbində bu proses həyata keçirilir: "Bu siniflərin proqramı təsdiq edilib. Gələcəkdə bu, digər məktəblərdə də tətbiq edilməlidir. Lakin bunun üçün məktəbyaşlı uşaqların sayı, infrasturuktur məsələləri nəzərə alınmalıdır. Bu gün məktəbəqədər hazırlıq müəssisələrinin heç də hamısında məktəbə hazırlıq imkanı yoxdur. Bu məsələni məktəbdə təşkil etmək daha doğru yoldur”.

Sevil


Müəllif:

Oxşar xəbərlər