Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə birgə hazırladığı tədbirlər planına əsasən cəzaçəkmə müəssisələrində “Dövlət və din münasibətləri”, “İslamda tövbə”, “İslam əxlaqı”, “Cəmiyyətdə dini dəyərlərin rolu” mövzularında treninqlər davam etdirilir.
Teleqraf.com xəbər verir ki, qeyd olunan mövzularda növbəti maarifləndirici tədbirlər Penitensiar xidmətin 1, 8 və 14 saylı cəzaçəkmə müəssisələrində keçirilib. Seminarlarda Bakı İslam Universitetinin müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aslan Həbibov, Dini Araşdırmalar Mərkəzinin icraçı direktoru Natiq Rəhimov, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin və Penitensir xidmətin Baş idarəsinin məsul əməkdaşları iştirak ediblər.
Hacı Zeynalov