Ötən il Müdafiə Sənayesi Nazirliyinin (MSN) müəssisələrində ümumi məhsul istehsalı 2013-cü illə müqayisədə 26,3 faiz artıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə MSN-də ötən ilin yekunlarına həsr olunmuş səyyar kollegiya iclasında nazir Yavər Camalov deyib. Nazir bildirib ki, dövlət sifarişi üzrə məmulatların istehsalında da artıma nail olunub.
İstehsal proqramı üzrə nəzərdə tutulan müdafiə təyinatlı məmulatların istehsalı 2013-cü illə müqayisədə 21,7, istehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı isə 1,4 dəfə artıb.
Ötən ilin nəticələrinə görə istehsal olunmuş və sifarişçilərə təhvil verilmiş müdafiə təyinatlı məmulatların həcmi 2013-cü illə müqayisədə 30 faiz artıb.